• cümə, 26 Aprel, 14:47
  • Baku Bakı 23°C

Buffon təbrik etdi, Alleqri vəd verdi: Səni finala aparacağıq

13.03.19 12:30 581
Buffon təbrik etdi, Alleqri vəd verdi: Səni finala aparacağıq
"Yuventus” Çempionlar Liqasının 1/8 finalının cavab qarşılaşmasında "Atletiko”ya 3:0 hesabı ilə qalib gələrək, növbəti mərhələyə adlayıb.
Kaspi.az xəbər verir ki, qarşılaşmadan sonra "Yuventus”un sabiq qapıçısı, hazırda PSJ-də çıxış edən Canluici Buffon "instaqram”da təbrik yazıb:
"Hamını təbrik edirəm. Bu, qeyri-adi və həyəcanlı idi. Mister Alleqri dahidir!”
"Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Buffonun təbrikinə biganə qalmayıb. O, Canluiciyə vəd verib: "Cağ ol, Cici, Sən bizimlə tarix yazıbsan. Biz PSJ-nin oyununa baxdıq və məyus olduq. Çalışacağıq ki, finala çıxaq və səni də ora aparaq”.
"Yuventus” ilk oyunda "Atletiko”ya 0:2 hesabı ilə məğlub olmuşdu. Cavab qarşılaşmasında Ronaldo het-trik edib. PSJ isə iki oyunun nəticəsinə görə, "Mançester Yunayted”ə məğlub olaraq, mübarizəni dayandırıb.
banner

Oxşar Xəbərlər