• cümə, 26 Aprel, 23:22
  • Baku Bakı 22°C

Buffon bu həftə müqavilə bağlayacaq

11.06.18 12:20 865
Buffon bu həftə müqavilə bağlayacaq
"Yuventus”dan ayrılan Canluici Buffonun karyerasını harada davam etdirəcəyi bəlli olub.
Kaspi.az xəbər verir ki, Buffon Fransa çempionatında çıxış edəcək. Qapıçı PSJ ilə razılıq əldə edib.
Tərəflər bu həftə ərzində - iyunun 11-12-də rəsmi müqavilə bağlayacaqlar. Artıq danışıqlar yekunlaşıb və bütün şərtlər razılaşdırılıb. Buffonla 2 illik müqavilə bağlanacaq. Onun illik məvacibi 7 milyon avro olacaq.
İndiyə qədər nə Buffon, nə də PSJ Çempionlar Liqasının qalibi ola bilməyib.
banner

Oxşar Xəbərlər