Bu oyunda da qalib gələ bilməsə, qovulacaq
Luçano Spalletti
"İnter”dən istefaya göndərilə bilər.
Kaspi.az xəbər
verir ki, "İnter”in baş direktoru Cüzeppe Marotta Spaletti ilə görüşüb. Görüş,
22-ci turda "Boloniya” ilə keçirilən oyundan (0:1) sonra olub.
İtaliya mətbuatı
iddia edir ki, Marotta Spallettinin qarşısında şərt qoyub. Əgər komanda "Parma”
ilə oyunda da qalib gələ bilməsə, onda onun istefaya göndərilməsi qaçılmaz
olacaq.
Qeyd edək ki,
"İnter” 2019-cu ildə keçirdiyi oyunlarda nəinki qələbə qazana bilməyib, heç qol
da vurmayıb.