AZE | RUS | ENG |

“Bu, ilk sevgi və əsl dostluq haqqında gözəl bir hekayədir” - Onun film seçimi

“Bu, ilk sevgi və əsl dostluq haqqında gözəl bir hekayədir” - Onun film seçimi
Filmlərlə bağlı hər kəsin öz maraq dairəsi var. Kimi dram sevir, kimi fantastika, kimi komediya və s. Amma janrından asılı olmayaraq, çoxumuz başqalarının məsləhət gördüyü filmlərə nəzər salırıq. Məsləhət görülürsə, deməli, baxmağa dəyər. Bu dəfə isə "YARAT” Müasir İncəsənət Məkanının ictimai proqramlar departamentinin rəhbəri Ülviyyə Axundovanın məsləhət gördüyü filmləri təqdim edirik.
 
Onun ilk seçimi Naomi Fonerin rejissorluq etdiyi "Çox yaxşı qızlar” oldu: "Əslində, film «Yeniyetmələr üçün yaşam ensiklopediyası» adlandırılmalı idi. Belə ki, filmin qəhrəmanı Dakot Fanninq 17 yaşlı bir qızın yaşaya biləcəyi bütün situasiyaları bir yay ərzində yaşayır. O, birinə vurulur, yanılır, səhvə yol verir və sonda öz səhvini düzəldir. Və bunların heç biri artıq dramla deyil, əsl həqiqət kimi baş verir. Əslində, bu, ilk sevgi və əsl dostluq haqqında gözəl bir hekayədir”.

Ülviyyə xanımın ikinci seçimi "Xanım Berd” filmidir. Rejissoru Qreta Qerviq olan film də yeniyetməlik çağının çətinlikləri və hətta bu yeniyetmələrin özlərinə daha yaxın olan insanların qəlbinə yol tapmağın nə qədər çətin olduğunu mükəmməl anladır. 4 və ya 84 yaşınızda olmağınızın fərqi yoxdur, əgər siz qadınsınızsa, mütləq bu şıltaq qəhrəman Kristina Makfersonun anası ilə dialoquna qulaq asdıqca, onun yetkinlik duyğusunun arxasınca necə qaçdığını, həyatda özünə yer tutmaq cəhdini görəcəksiniz, ağlayacaq və bu göz yaşları zamanı hətta güləcəksiniz də”.

Rejissoru Kennet Lonerqan olan "Dəniz kənarında Mançester” filmi də müsahibimizin bəyəndikləri siyahısındadır: "Bütün ailə ilə baxıla biləcək çox gözəl filmdir. Bu filmdən sonra həm valideynlər, həm də uşaqlar bir-birinə sarılmaq, vacib olan sözləri demək istəyəcəklər”.

Onun sonuncu seçimi "Uyğun olmayan insanlar” oldu: "Filmin rejissoru Roman Kərimovdur. Çox gözəl, səmimi və qəlbləri riqqətə gətirən filmdir. Filmin mahiyyəti odur ki, biz hərdən öz çatışmazlıqlarımıza vurula bilirik. Bunun necə olduğunu filmdə görəcəksiz. Əgər özünüzü həyatda qəribə hiss edirsinizsə, öz hisslərinizdən utanırsınızsa, bu filmə mütləq baxın”.
 
Aygün

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.884
GEL 1 1 Gürcüstan larisi 0.5797
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0603
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.73
KWD 1 1 Küveyt dinarı 5.5892
TRY 1 1 Türkiyə lirəsi 0.2966