Bu ilin 7 ayında Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi 23 faiz artıb

Bu ilin 7 ayında Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi 23 faiz artıb

İqtisadiyyat
11 Sentyabr 2019, 15:00 169
Cari ilin 7 ayında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 23 faiz artıb. Ölkəmiz Rusiyanın əsas ticarət tərəfdaşlarındandır.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir iki ölkənin ticarət əlaqələrinin daha da genişləndirilməsi potensialının böyük olduğunu bildirib: "Azərbaycan-Rusiya əməkdaşlığının vacib istiqamətlərindən biri ticarət əlaqələridir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və qeyri-neft məhsullarının ixracına görə birinci yeri tutur”.