• çərşənbə axşamı, 19 mart, 09:40
  • Baku Bakı 8°C

Bu gün “Qarabağ” komandası mübarizəyə başlayır

22.08.19 12:45 10221
Bu gün “Qarabağ” komandası mübarizəyə başlayır
Avqustun 22-də Ağdamın "Qarabağ” futbol klubu UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizəyə başlayacaq.
AZƏRTACxəbər verir ki, Belfastdakı "Windsor Park” stadionunda təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qarşılaşmamı isveçrəli hakimlər briqadası idarə edəcək. Baş hakim Sandro Sxarer olacaq.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Albaniya çempionu "Partizani”ni mübarizədən kənarlaşdırıb - 0:0, 2:0. Ağdam təmsilçisi ikinci təsnifat mərhələsində İrlandiyanın "Dundalk” komandasında güclü olub - 1:1, 3:0. "Qarabağ” üçüncü mərhələdə səfərdə Kiprin APOEL komandasına ilk oyunda 2:1 hesabı ilə qalib gəlsə də, Bakıdakı cavab matçında uduzaraq (0:2) qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb və mübarizəni UEFA Avropa Liqasında davam etdirməli olub.
Mübarizəyə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsindən başlayan "Linfild” əvvəlcə Farer Adalarının "Torshavn” komandasına (2:2, 1:0), daha sonra "Sutyeska”nı (Monteneqro) məğlub edərək (2:1, 3:2) pley-off mərhələsinə vəsiqə qazanıb.
"Qarabağ” komandası "Linfild” ilə oyuna itkilərlə çıxacaq. APOEL ilə Bakıda keçirilən oyunda müvafiq olaraq sarı və qırmızı vərəqə alan mərkəz müdafiəçisi Rahil Məmmədov və yarımmüdafiəçi Riçard Almeyda cəzalı duruma düşüblər. Digər mərkəz müdafiəçisi Bədavi Hüseynov ilə yarımmüdafiəçi Filip Ozobiçin də zədə üzündən meydana çıxmayacaqları bildirilib.
Qeyd edək ki, görüş "CBC Sport” telekanalı vasitəsilə birbaşa yayımlanacaq. Bu komandalar arasında cavab görüşü avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
banner

Oxşar Xəbərlər