• çərşənbə axşamı, 19 mart, 07:14
  • Baku Bakı 8°C

Brüssel Avro-2020-ni qəbul edəcək şəhərlərin sırasından çıxarılır?

20.09.17 11:25 930
Brüssel Avro-2020-ni qəbul edəcək şəhərlərin sırasından çıxarılır?
Brüssel 2020-ci ildə keçiriləcək Avropa çempionatını qəbul edəcək şəhərlərin sırasından çıxarıla bilər.
Kaspi.az xəbər verir ki, buna səbəb çempionatın oyunlarını qəbul edəcək stadionun tikintisi ilə bağlı yaranan problemdir. Stadionun tikintisi üçün lazım olan sənədlər təqdim edilmədiyi üçün, işlər yubanır.
Belçika Kral Futbol Assosiasiyasının prezidenti Koen de Brabandera problem yarandığını etiraf edib. O, məsələ ilə bağlı qərarı UEFA-nın verəcəyini bildirib:
"Biz hələ də inanırıq ki, çempionatın oyunlarını qəbul edəcəyik. Ancaq bununla yanaşı, realist olaraq qalırıq. Bu problemin həlli bizdən asılı deyil. Qərarı UEFA verəcək”.
banner

Oxşar Xəbərlər