• cümə, 26 Aprel, 20:11
  • Baku Bakı 22°C

Boynuna aldı, qolu əllə vurub

04.02.19 11:10 724
Boynuna aldı, qolu əllə vurub
"Mançester Siti”nin hücumçusu Serxio Aquero "Arsenal”la oyundan (3:1) sonra açıqlama verib.
Kaspi.az xəbər verir ki, Aquero bu qarşılaşmada het-triklə yadda qalıb. Ancaq o, 3-cü qolu əllə vurduğunu da etiraf edib:
"Qalib gəlmək çox vacib idi. Ötən tur mən erkən qol vurdum, ancaq məğlub olduq. Bu gün isə hər şeydən razıyam.
3-cü qolu vurarkən əvvəlcə elə bildim ki, top mənim sinəmə dəyərək qapıya daxil oldu. Ancaq sonradan təkrara baxdım və əmin odum ki, top əlimə dəyib”.
"Siti” 25 turdan sonra 59 xal toplayaraq 2-ci pillədə qərarlaşıb.
banner

Oxşar Xəbərlər