• cümə, 19 Aprel, 18:34
  • Baku Bakı 24°C

Boş hakim ştatlarını doldurmaq üçün namizədlərin seçim prosesi davamlı olaraq aparılır

14.12.19 18:30 552
Boş hakim ştatlarını doldurmaq üçün namizədlərin seçim prosesi davamlı olaraq aparılır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanına əsasən mövcud hakim ştatlarının sayı 200 vahid artırılıb. Boş hakim ştatlarını doldurmaq üçün Hakimlərin Seçki Komitəsi olaraq namizədlərin seçim prosesinə başlamışıq. Bu proses davamlı olaraq aparılır.
AZƏRTACxəbər verir ki, bunu Hakimlərin Seçki Komitəsinin sədri, Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyev dekabrın 14-də hakimliyə namizədlər üçün Dövlət İmtahan Mərkəzində keçirilən yazılı imtahanla bağlı jurnalistlərə müsahibəsində deyib.
İman Nağıyev bildirib: "Seçim prosesinin birinci mərhələsində iki imtahan yekunlaşıb, üçüncü şifahi imtahan mərhələsi aparılır. Bundan sonra ikinci seçim üzrə isə ilkin test imtahanı keçirilib və 229 namizəddən 108-i ikinci imtahan mərhələsinə buraxılıb. Bu gün onlarla ikinci imtahan olan yazılı imtahan prosesini keçiririk. Proses davamlı olaraq aparılır və hazırda sənəd qəbulu davam edir. Növbəti tur üçün artıq 50-dən artıq namizəd sənədlərini təqdim edib. Proses bu qayda ilə davamlı olaraq aparılacaq”.
banner

Oxşar Xəbərlər