• cümə, 26 Aprel, 08:07
  • Baku Bakı 12°C

Bolt zarafat etmir, məşqə başladı

30.01.18 12:10 942
Bolt zarafat etmir, məşqə başladı
Əfsanəvi yamaykalı atlet Useyn Bolt futbolla bağlı məsələdə zarafat etmir.
Kaspi.az xəbər verir ki, Bolt yüksək səviyyədə futbol oynamaq arzusunu reallaşdırmaq niyyətindədir. 8 qat olimpiya çempionu artıq məşqlərə başlayıb.
Bolt CAR çempionatının lideri "Mamelodi Sandaunz” klubunun düşərgəsində məşq edir. Bu barədə məlumatı klub saytı yayıb.
Bolt ayrı-ayrı vaxtlarda "Mançester Yunayted” və Dortmund "Borussiya”sının da heyətində məşq edib. Karyerasını ötən ilin yayında bitirən Bolt bildirmişdi ki, futbolla yüksək səviyyədə məşğul olmaq niyyətindədir.
O, karyerasının son yarışında - Londonda keçirilən dünya çempionatında zədələnmişdi və 5 ay müddətində müalicə olunmuşdu.
banner

Oxşar Xəbərlər