• cümə, 26 Aprel, 15:56
  • Baku Bakı 23°C

BOK İAM-ın bəraət verdiyi rusiyalıları olimpiadaya buraxmadı

05.02.18 10:15 884
BOK İAM-ın bəraət verdiyi rusiyalıları olimpiadaya buraxmadı
Beynəlxalq Olimpiya Komitəsi (BOK) İdman Arbitraj məhkəməsinin bəraət verdiyi 13 idmançını və 2 məşqçini Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarına buraxmaqdan imtina edib.
Kaspi.az xəbər verir ki, bu barədə məlumat BOK-un saytında yayılıb. Xüsusi komissiya məhkəmənin qərarını araşdırdıqdan sonra idmançıların olimpiadada iştirakına icazə verməyib.
Komissiyanın açıqlamasında deyilir ki, məhkəmə idmançıların olimpiya oyunlarında iştirakına tətbiq edilən qadağanı aradan götürüb. Ancaq bu o demək deyil ki, həmin idmançılar mütləq bu olimpiadada iştirak etməlidirlər.
BOK 28 rusiyalı idmançını ömürlük cəzalandırmışdı. İAM isə onlara bəraət verib.
banner

Oxşar Xəbərlər