AZE | RUS | ENG |

“Bizi sakit buraxın, vaxt verin”

“Bizi sakit buraxın, vaxt verin”
Premyer Liqanın 15-ci turunda "Mançester Yunayted” öz meydanında "arsenal”la qarşılaşıb və oyun heç-heçə başa çatıb – 2:2. 
 
Kaspi.az xəbər verir ki, "Mançester Yunayted”in baş məşqçisi  Joze Mourinyo oyundan sonra fikirlərini bildirib. O, komandasından razı qaldığını, ancaq çatışmayan cəhətlərinin də olduğunu vurğulayıb: 
 
"Bu "Mançester Yunayted”i Roy Kin, Ruud van Nisterloy, Nemanya Vidiçin vaxtındakı komanda ilə müqayisə edənlərlə razılaşmıram. Bizi sakit buraxın, vaxt verin. 
 
Komandamın oyun ruhundan razıyam. Amma hələ ki, bizdə sabitlik çatışmır. Futbolçularım bu gün də var qüvvələri ilə mübarizə apardılar. 
 
Smollinq zədəli oynadı, Reşford bu forma üçün meydanda hər şey etdi. "Arsenal” o vaxt təhlükəli olurdu ki, biz müəyyən mövqelərə nəzarəti əldən verirdik. Futbolçularım var qüvvələri ilə mübarizə apardılar və oyundan sonra yorğun görünürdülər”. 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9292
GEL 1 1 Gürcüstan larisi 0.6379
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1461
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.7128
KWD 1 1 Küveyt dinarı 5.5895
TRY 1 1 Türkiyə lirəsi 0.3157