• şənbə, 27 Aprel, 06:40
  • Baku Bakı 12°C

Bizdə də audio kitabxana yaradılır

25.10.16 09:45 822
Bizdə də audio kitabxana yaradılır
Yaxın gələcəkdə Azərbaycanın mobil rabitə şəbəkəsinin abunəçiləri üçün audiokitabxana istifadəyə veriləcək. Bu barədə Trend-ə layihəyə yaxın mənbə bildirib.
Layihə adı hələ açıqlanmayan mobil operatorun korporativ sosial məsuliyyət strategiyası çərçivəsində həyata keçiriləcək.
Məqsəd gözdən əlil və görmə qabiliyyəti zəif olanların ədəbi əsərlərə çıxışını təmin etməkdir. Əsas vəzifə istifadəçilər üçün rəqəmli audio kontentin formalaşdırılması və kitabların audio formata keçirilməsidir.
Qeyd edək ki, son vaxtlar audiokitablardan istifadə edənlərin sayı artmaqda davam edir.
banner

Oxşar Xəbərlər