AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Biz dəyişiklik tələb edirik. Bəsdir!”

“Biz dəyişiklik tələb edirik. Bəsdir!”

İdman
04 İyun 2020, 16:00 388
Fransa yığmasının sabiq futbolçusu Tyerri Anri Corc Floydun polis tərəfindən öldürülməsinə münasibət bildirib. 
 
Kaspi.az xəbər verir ki, Anri 2020-ci ildə irqçi ayrı-çekliyin olmasına təəssüfləndiyini deyib. O, "instaqram”da paylaşım edərək belə davranışlara son qoymağa çağırıb: 
 
"Bir neçə gündür ki, Corc Floydun faciəli ölümü ilə bağlı hisslərimi dəqiq təsvir etmək üçün fikirlərimi toplayıram. Faciədən dərhal sonra duyğular, nifrət və qəzəblə yazmaq çox asan olardı. Bu hisslər hələ də mövcud olsa da, çalışacağam ki, fikrimi çatdırım. 
 
Niyə 2020-ci ildə belə hallar baş verir? Niyə bu irqçilər onların komandalarında oynayan etnik azlıqları stadionda alqışlayır, amma küçədə təhqir edirlər? Bütün bunları cəmiyyətimizdən kənarlaşdırmaq üçün istifadə etdiyimiz bütün metodlar niyə işləmir? Belə durum çox davam edir və müasir cəmiyyətdə buna dözmək mümkün deyil. 
 
Bizə, təcili olaraq dəyişiklik lazımdır. Biz dəyişiklik tələb edirik. Ən əsası, biz, dəyişikliyə layiqik. Bunu indi edin. Bəsdir!”