“Bir var bütün dövrlərin böyük oyunçusu, bir də var Messi”
Lionel Messinin
"Betis”lə oyunda vurduğu fantastik qol haqda sosial şəbəkələrdə danışılır.
Kaspi.az xəbər
verir ki, BBC-nin eksperti Qari Lineker də Leonun möhtəşəm qoluna biganə qala
bilməyib. O, "tvitter”də Messini belə xarakterizə edib:
"Bir var böyük
oyunçu, bir var tarixin ən böyük oyunçusu, bir də var Messi”.
"Barsa” "Betis”ə
4:1 hesabı ilə qalib gəlib. Messi het-trik edib.