“Bir neçə futbolçu Ronaldonun ucbatından pis oynayır”

“Bir neçə futbolçu Ronaldonun ucbatından pis oynayır”

İdman
23 Aprel 2019, 13:22 192
 "Yuventus”un sabiq futbolçusu Marko Tardelli Kriştiano ronaldo barədə danışıb. 
 
Kaspi.az xəbər verir ki, Tardelli Ronaldonun "Yuventus”a mənfi təsir etdiyini bildirib. O, xüsusən də Dibalanın bu yöndə çox əziyyət çəkdiyini iddia edib: 
 
"Yuventus”da komandanın idarə edilməsi üzərində iş getməlidir. Ronaldo bu mövsüm mütəmadi olaraq meydana çıxıb. Ancaq bununla yanaşı, o, komandaya öz baxışını da diktə etmək istəyir. 
 
"Ayaks”la oyunlarda o, daha yaxşı oynaya bilərdi. Hesab edirəm ki, bir neçə futbolçu Ronaldonun ucbatından pis oynayır, özlərini meydanda narahat hiss edirlər. Onlardan biri də Dibaladır”.