• cümə, 26 Aprel, 23:42
  • Baku Bakı 22°C

Bir formada 15 illik xatirə

12.09.18 12:20 711
Bir formada 15 illik xatirə
Hollandiya yığmasının sabiq futbolçusu Uesli Sneyder üçün xüsusi forma hazırlanıb.
Kaspi.az xəbər verir ki, dizaynerlər bu yaxınlarda milli karyerasını bitirən Sneyderin Hollandiya yığmasında 15 il ərzində geyindiyi formaların hərəsindən bir parça götürməklə xüsusi forma hazırlayıblar.
Formanın sinəsində isə DÇ-2010-un 1/4 finalında keçirilən Hollandiya-Braziliya görüşünün emblemi yer alıb. Sneyder həmin qarşılaşmada Braziliyanın qapısına 2 qol vuraraq, Hollandiyanı yarımfinala çıxarmışdı.
Uesli bu ilin mart ayında milli karyerasını bitirdiyini bildirmişdi. O, Hollandiya yığmasında vida oyununu sentyabrın 6-da Peruya qarşı keçirib.
Sneyder Hollandiya yığmasının heyətində 134 oyun keçirib, 31 qol vurub. Hazırda o, Qətərin "Əl-Qaraf” klubunda çıxış edir.
banner

Oxşar Xəbərlər