AZE | RUS | ENG |

Beyl “Real”ı nəyə görə tərk edə bilər?

Beyl “Real”ı nəyə görə tərk edə bilər?
Qaret Beylin "Real”ı tərk edəcəyi ilə bağlı söz-söhbət səngimək bilmir. 
 
Kaspi.az xəbər verir ki, bu məsələyə Uels yığmasının sabiq baş məşqçisi Kris Koulman da münasibət bildirib. O, Beylin "Real”ı yalnız bir halda – "kral klubu”ndan böyük komandadan təklif gələcəyi təqdirdə tərk edəcəyini deyib: 
 
"Beyl "Real”da çoxdan oynayır? 5 il? Beyl orda oynadığı ilk ildə mətbuat konfransında həmişə məndən soruşurdular ki,  İspan mətbuatı Beyldən razı deyil, onun orda gələcəyi varmı?
 
Qaret orda 3 dəfə Çempionlar Liqasının qalibi olub. Pis uğur deyil. Sonuncu dəfə onunla danışanda mənə dedi ki, Madriddə xoşbəxtdir. Ailəsi də orda özünü əla hiss edir. 
 
Beyl yalnız "Real”dan böyük klubdan təklif gələcəyi halda Madridi tərk edə bilər. "Real”dan böyük klub isə yoxdur. Elə isə o, hara getməlidir?  Mənə belə nəhəng bir klub göstərə bilərsiniz?” 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9322
GEL 1 1 Gürcüstan larisi 0.6397
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1445
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1871
CHF 1 1 İsveçrə frankı 1.7104
KWD 1 1 Küveyt dinarı 5.5882
TRY 1 1 Türkiyə lirəsi 0.3173