Berti Foqts “Borussiya”nın zəif nöqtəsini tapıb
Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqts Dortmund
"Borussiya”sının çıxışı barədə danışıb.
Kaspi.az xəbər verir ki, Foqts uğursuz çıxışın baş məşqçi ilə bağlı
olmadığını deyib. O, zəif oyuna görə, mərkəz müdafiəçilərini günahlandırıb:
"Borussiya”nın olduqca zəif müdafiəsi var. Əsasən də mərkəz
müdafiəçiləri. Bu müdafiəçilər bundesliqanın əksər klublarında əsas heyətə düşə
bilməzlər.
Komandanın uğursuz çıxışına görə, baş məşqçi Boş günahkar deyil. Fakt
odu ki, klub rəhbərliyi mövsümün əvvəlində yüksək səviyyəli müdafiəçilər
transfer etməyib.
Baş məşqçi isə buna görə məsuliyyət daşımır. Klubun boşa stavka
etməsi də səhv addım deyildi”.