• cümə, 26 Aprel, 13:41
  • Baku Bakı 23°C

Bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyinin üçüncü günündə qaliblər mükafatlandırılıb

08.12.18 19:00 1346
Bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyinin üçüncü günündə qaliblər mükafatlandırılıb
Bu gün Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyinin üçüncü günündə qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Trend-in məlumatına görə, çoxnövçülük üzrə fərdi çıxışlar edən 2008, 2009 və 2010-cu il təvəllüdlü gimnastlar mükafatlandırılıb.
Birinci yeri "Ocaq" İdman Klubunun təmsilçisi, 2008-ci il təvəllüdlü Nərminə Bayramova tutub. İkinci yerdə Bakı Gimnastika Məktəbinin nümayəndəsi Leyla İsmayılova, üçüncü yerdə isə Respublika Kompleks İdman Məktəbinin təmsilçisi Mədinə Aslanova qərarlaşıb.
2009-cu il təvəllüdlü gimnastlar arasında ilk yeri Gövhər İbrahimova, ikinci yeri Ləman Abdullayeva, üçüncü yeri isə Məryəm Əliyeva tutub. Hər 3 gimnast "Ocaq" İdman Klubunun təmsilçiləridir.
2010-cu il təvəllüdlü gimnastlar arasında isə birinci yerdə "Ocaq" İdman Klubunun təmsilçisi İlahə Bahadırova qərarlaşıb. İkinci və üçüncü yerləri eyni klubun təmsilçiləri Nəzrin Salmanlı və Təzəgül Yaqubova bölüşür.

Qeyd edək ki, 6-9 dekabr tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubok keçirilir.
Yarışların ilk 3 günü fərdi gimnastlar "balacalar”, "yeniyetmələr”, "gənclər” yaş kateqoriyasında, qrup hərəkətləri komandaları isə "balacalar” və "yeniyetmələr” yaş kateqoriyasında mübarizə aparacaqlar. İdmançılar arasında Ocaq İdman Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, AyUlduz Klubu, Zirvə "International” İdman Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, həmçinin Sumqayıt şəhəri, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Kürdəmir, Şirvan və Göyçay rayonlarının yetirmələri yer alacaqlar.
Turnirin son günü isə Bölgələrarası Kubok start götürəcək. Sayca 5-ci olan bu kubokda bölgələrimizi təmsil edən gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında öz çıxışlarını hakimlərə nümayiş etdirəcəklər.
Yarışların ən maraqlı məqamı da məhz son günə təsadüf edəcək. Belə ki, ötən il olduğu kimi, bu il də təşkilatçılar "Qızıl Yaş” adlı şou hazırlayaraq, tamaşaçılara məşqçilərin iştirakı ilə maraqlı gimnastika nömrələri təqdim edəcəklər.

banner

Oxşar Xəbərlər