“Bavariya”nın siyahısındakı 4 ad

“Bavariya”nın siyahısındakı 4 ad

İdman
05 Noyabr 2019, 11:23 381
"Bavariya” baş məşqçi postuna namizədlərin siyahısını tərtib edib. 
 
Kaspi.az xəbər verir ki, Münhen nəhənginin siyahısında 4 mütəxəssisin adı var. "Ayaks”ın baş məşqçisi Erik ten Haq siyahıda ilk sıradadır. İkinci yerdə "Red Bull” kompaniyasının idman şöbəsinin rəhbəri Ralf Ranqinqin adıdır. 
 
Digər 2 mütəxəssis isə Massimiliano Alleqri ilə Arsen Vengerdir. Bu məşqçilərin hər ikisi hazırda işsizdir. Erik ten Haq artıq "Bavariya”ya öz fikrini bildirib. O deyib ki, "Ayaks”ı tərk etmək niyyətində deyil. 
 
Məlumata görə, qarşıdakı 2 oyunda "Bavariya”nı meydana Hans-Diter Flik çıxaracaq. Əgər nəticələr qənaətbəxş olsa, onda o, qış fasiləsinə qədər komandanı çalışdıracaq. 
 
"Bavariya” qarşıdakı 2 oyunda evdə "Olimpiakos” və Dortmund "Borussiya”sını qəbul edəcək.