AZE | RUS | ENG |


Baş nazirin müavini Əli Əhmədov bütün qrupu necə xoşbəxt edib? - Məktəb illəri

Baş nazirin müavini Əli Əhmədov bütün qrupu necə xoşbəxt edib?   -  Məktəb illəri
Məktəb illəri hər kəs üçün çətin və maraqlı hadisələrlə yadda qalır. O illərin unudulmaz məqamları çoxdur. Biz də məşhurlarla onların həyatlarında iz qoyan illərə səyahət etdik. Qonağımız Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədovdur.
S. Məmmədov tələbəlik illərində bütün xərclərini yazırmış. Deyir ki, dərslərini yaxşı oxusa da risk etməkdən qorxub və tapşırılması üçün adam axtarıb: "Mən ümumiyyətlə, Bakı Dövlət Universitetində oxuyanda bütün xərclərimi yazırdım. Cəmi 320 manat (rubl) xərcim çıxıb, o da dəftər-kitaba... Bir dəfə Hidrologiya fənnindən imtahan verməli idik. Çox çətin fənn idi və fənni tədris edən də, tələbələrin nöqteyi-nəzərində qəddar sayılan rəhmətlik Nəriman müəllim idi. İmtahandan kəsirsiz çıxmaq sensasiya sayılırdı. Mənim bütün qiymətlərim əla və yaxşı olmasına baxmayaraq, qərara gəldim ki, risk etməyim. Tapşırılmaq üçün yollar axtardım. Heç nə alınmadı. Əlacsız şəkildə imtahana girməli oldum. Əmin idim ki, kəsiləcəm. İmtahanı Nəriman müəllimlə Maqbet müəllim götürürdü. İmtahandan "5” aldım. O anının sevinci heç vaxt yadımdan çıxmayacaq. Emosional hiss məni bir neçə gün buraxmadı. Sonra özümə gəldim”.
Sahib müəllim baş nazirin müavini Əli Əhmədovun bütün qrupu xoşbəxt etdiyi məqamı da xatırlayır: "Bir dəfə də indiki baş nazirin müavini olan Əli Əhmədova zaçot verməli idik. Mən özümə arxayın idim. Qrup isə vasitə axtarırdı. Bütün cəhdlər boşa çıxdı. Dedilər ki, tapşırıq-filan alınan söhbət deyil. Hamı çıxılmaz vəziyyətdə idi. Əli müəllim auditoriyaya girib sinif nümayəndəsini soruşdu. Dedi ki, bütün "zaçotkalar”ı yığ. Hamıya məqbul yazıb, çıxıb getdi. Qrupumuz çox xoşbəxt idi”.
Məktəb illərinə gəldikdə isə, riyaziyyatı sevməyən həmsöhbətimiz "kəsilməmək” üçün bütün düsturları əzbərləyib: "Orta məktəbdə riyaziyyatı yaxşı oxumamışdım və bu fənn üzrə çox zəif idim. "Ali riyaziyyatdan dərs deyən Sabir müəllimin imtahanına hazırlaşırdıq. "Ali riyaziyyat kursu” adlı rus dilində kitab var idi. Əzbərçi olmasam da, o kitabı başdan ayağa əzbərlədim. Törəmə, inteqral düsturlarını əzbərdən bilirdim, şəkillərini çəkirdim, amma söhbətin nədən getdiyindən xəbərsiz idim. Qeyd edim ki, Sabir müəllim bir dəfə mənim geyimimə görə, üstümə acıqlanmışdı. İdman üslubunda geyindiyim üçün bəyənməmişdi. Qorxurdum ki, məni imtahandan "kəsəcək”, üstəlik, biliyim də yox idi. Nə sual verdisə, çox yüksək səviyyədə cavablandırdım. Sonda həddindən artıq elementar bir məsələ verdi, həll edə bilmədim. Sabir müəllim təəccüblə  "bu qədər çətin sualları bildin, sənə "5” vermək istəyirdim, amma məsələni həll edə bilmədiyinə görə "4” verəcəm” dedi. Doğrusu, mənə heç "2” də düşmürdü. Çünki cavab verdiklərimin heç birinin mahiyyətini anlamamışdım”. 
 
Aygün ƏZİZ

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
EUR 1 Avro 1.9483
USD 1 ABŞ dolları 1.8311
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.6879
GBP 1 İngilis funt sterlinqi 2.2482
TRY 1 Türk lirəsi 0.4811
KWD 1 Küveyt dinarı 5.9941
SEK 1 İsveç kronu 0.2047
CHF 1 İsveçrə frankı 1.8186