• cümə, 26 Aprel, 13:25
  • Baku Bakı 23°C

Baş məşqçini simulyasiyaya görə cəzalandırdılar

10.01.18 14:05 760
Baş məşqçini simulyasiyaya görə cəzalandırdılar
Leverkuzen "Bayer”inin baş məşqçisi Hayko Hepplih 12 min avro cərimə olunub.
Kaspi.az xəbər verir ki, Almaniya Futbol İttifaqı onu davranışına görə cəzalandırıb. Hayko Almaniya kubokunun 1/8 finalında Münhenqaldbax "Borussiya”sı ilə keçirilən oyunda simulyasiya edib.
O, qarşılaşmanın 75-ci dəqiqəsində rəqib futbolçu Denis Zakaria ilə yüngül toqquşmadan sonra texniki zonada yerə yıxılıb. Onu bu davranışı azarkeşlər arasında konflikt yaradıb. Mütəxəssis ona qarşı irəli sürülən ittihamla razılaşıb.
banner

Oxşar Xəbərlər