• cümə, 26 Aprel, 13:17
  • Baku Bakı 23°C

Baş məşqçi ilə idman direktoru arasında qarşıdurma var

04.04.19 12:30 561
Baş məşqçi ilə idman direktoru arasında qarşıdurma var
"Monako”da ab-hava qaydasında deyil. Komandanın autsayderlər sırasında olması bir problemdirsə, klub rəsmiləri arasında da münasibət yaxşı deyil.
Kaspi.az xəbər verir ki, "Monako”nun baş məşqçisi Leonardu Jardimlə klubun idman direktoru Mayklom Emenalo arasında münaqişə yaşanır.
Məlumata görə, "Kan”a məğlubiyyətdən sonra paltardəyişmə otağına daxil olan Mayklom Jardimlə mübahisə edib. Yayılan söz-söhbətdə bildirilir ki, bundan narazı qalan Jardim bu idman direktoru ilə çalışmaq istəmədiyini rəhbərliyin diqqətinə çatdırıb.
banner

Oxşar Xəbərlər