“Barselona” uşaqları da siyasətə qoşub

“Barselona” uşaqları da siyasətə qoşub

İdman
16 Oktyabr 2019, 12:30 99
Deyəsən, "idmanda siyasətə yer yoxdur” deyimi öz əhəmiyyətini itirib. 
 
Kaspi.az xəbər verir ki, "Barselona”nın U-12 komandası beynəlxalq "Danone Nations Cup” turnirində iştirak etməkdən imtina edib. Buna səbəb odur ki, "Barsa” rəhbərliyi azyaşlıların İspaniyanın loqosu olan formalarda meydana çıxmasına razı olmayıb. 
 
Maraqlıdır ki, "Barselona” turnirin təsnifat mərhələsində iştirak edib. Çünki həmin mərhələdə komandalara klubun formasında oynamağa icazə verilib. Ancaq final mərhələsində İspaniyanın formasında oynamaq tələb edilib. 
 
Özü də turnirin final mərhələsi məhz Kataloniyada keçirilib. Ancaq "Barsa” rəhbərliyi uşaqları final mərhələsinə göndərməyib. 
 
"Danone Nations Cup” uşaqlar arasında ən populyar turnirlərdən biridir.