• cümə, 26 Aprel, 16:23
  • Baku Bakı 23°C

“Barsa”nın ulduzu yeni turnir yaradır - Tennisdə

12.05.17 12:15 1104
“Barsa”nın ulduzu yeni turnir yaradır - Tennisdə
"Barselona”nın futbolçusu Xerard Pikenin çılğın tennis həvəskarı olduğu bəllidi.
Kaspi.az xəbər verir ki, Pike tennisdə yeni turnir yaratmaq niyyətindədir. Onun World Team Cup turniri Devis Kubokuna alternativ olacaq.
Pike artıq tennisin məşhur simalarından dəstək alıb. Onun ideyasını Novak Cokoviç, Endi Marrey və Rafael Nadal bəyənib.
World Team Cup turniri 1975-ci ildən 2012-ci ilə qədər Dyusseldorfda keçirilib. Pike artıq ideyası ilə bağlı danışıqlara başlayıb. O, Peşəkar Tennisçilər Assosiasiyası ilə 10 illik müqavilə bağlamaq niyyətindədir.
banner

Oxşar Xəbərlər