“Barsa”nın əfsanəsi ÇL-də son oyununu keçirdi
"Barselona”nın
futbolçusu Andreas İnyesta Çempionlar Liqasının 1/4 finalının cavab
qarşılaşmasında "Roma” ilə keçirilən oyundan (0:3) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər
verir ki, İnyesta olduqca zəif təsir bağışladıqlarını deyib. O, yayda
"Barselona”nı tərk edə biləcəyinə də işarə edib:
"Belə məqamda nəsə
demək çətindir. Biz buna hazır deyildik. Əgər çoxlu səhv edirsənsə, Çempionlar
Liqasında bunu bağışlamırlar. Dəhşətli dərəcədə məyusuq.
İlk hissədə
olduqca zəif çıxış etdik, heç nə alınmadı. İkinci hissədə bir qədər artırsaq
da, bu, yetərli olmadı. Biz başqa tempdə oynamalı idik. Ola bilsin ki, bu mənim
Çempionlar Liqasında son oyunum idi.
Turniri belə
notda bitirmək çox ağırdır. İş yetərincə motivasiyanın olmamasında deyil. Bura
Çempionlar Liqasıdır, burda gözlənilməzliklər baş verir. Biz fiaskoya uğradıq”.