“Barmağım sınan günün səhəri gipsi çıxarıb konsertə getdim” – Məktəb illəri
Məktəb illəri ömrün ən şirin, qayğısız illərinə təsadüf edir. Ona görə
o illərdən danışanda hər kəsin danışmağa sözü, xatirəsi çox olur. Aktrisa Səbinə Məmmədovanın da o illərdən
xatirəsi çoxdur, bu dəfə onlardan birini bizimlə bölüşdü:"BakıXoreoqrafiyaAkademiyasında
oxuyurdum. Bədi rəhbərimiz xalq artisti Yusif Qasımovun sevimli tələbələrindən
idim. Onun öz ansamblı var idi, dərsdən sonra o ansamblda məşq edirdik. Hər ilin axırı hesabat konserti verirdik, konsertlərdə,
dövlət tədbirlərində iştirak edirdik. Bir dəfə Yusif müəllimin 60 illik
yubileyinə hazırlaşırdıq, məşqlər gedirdi. "Şəki” rəqsi ifa edirdik. Orda kiçik
bir hərəkət var ki, ayağını qaldırıb sonra yerə vurursan. Məni sevməyən bir
sinif yoldaşım qız var idi. Oynadığımız yerdə bu qız əlimi tutub möhkəm
saxladı. Biz hündürdaban geyinmişdik, elə oldu ki, əlim dartıldı özümü
tarazlaya bilmədim, əl barmağım sındı. Amma o, bunu qəsdən etməmişdi. Bəlkə də
qəsdən etmişdi bilmirəm (gülür). Sınıqçıya getdik, dedi ki, 5 gün gipsdə
qalmalıdır. Dedim ki, konsert var, yenə də gipsi çıxarmamağı tapşırdı. Amma bir
gün gipsdə qaldı. Yusif müəllim çox tələbkar idi, dedi ki, sən birinci sırada
oynayırsan, necə olacaq? Dedim ki, narahat olmayın, mən səhnəyə çıxacağam.
Barmağım sınan günün səhərisi gipsi çıxardım və konsertə getdim. Konsertin səhəri
gün yenidən barmağımı gipsə saldım. Amma barmağım əyri bitişdi”.