AZE | RUS | ENG |

Bakıdakı bütün idman yarışları 1 dəqiqəlik sükutla başlayacaq

Bakıdakı bütün idman yarışları 1 dəqiqəlik sükutla başlayacaq
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi cəbhə bölgəsində şəhid olan hərbiçilərimizin ailələrinə başsağlığı verib. İdarənin rəhbəri Raqif Abbasov Lent.az-a bildirib ki, cəbhədə baş verən döyüşlərdə həlak olmuş hərbiçilərimizin qanı yerdə qalmayacaq. “Paytaxt gəncləri adından bütün şəhid olmuş hərbiçilərimizin valideynlərinə baş sağlığı verib, onlara səbr diləyirik. İstəyirik ki, dəfn mərasimlərində gənclərimiz həlak olmuş şəhidlərimizin valideynlərinin yanında olsunlar, hüzrlərində iştirak etsinlər. On minlərlə, yüz minlərlə Azərbaycan gənci Ali baş komandanın əmrindədir. Bu təxribatı törədən faşistlər bilməlidir ki, bütün müharibələr gec-tez bitir və ədalət öz yerini tapır. Azərbaycan gəncliyin içində minlərlə Mübariz İbrahimovlar var. Şəhid olmuş hər bir əsgərimizin Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olub. Biz Azərbaycan gəncliyi bunu bilirik. Sabah və birisigün paytaxta keçirilən bütün yarışlarda şəhidlərimizin ruhu şad olsun deyə bir dəqiqəlik sükutla yad ediləcək. Amma birmənalı olaraq bəyan edirik, şəhidlərimizin qanı yerdə qalmayacaq!”

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8962
GEL 1 1 Gürcüstan larisi 0.6199
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1648
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.6798
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.2805