AZE | RUS | ENG |

Bakıda BMX üzrə dünya çempionatı yüksək səviyyədə təşkil olunub

Bakıda BMX üzrə dünya çempionatı yüksək səviyyədə təşkil olunub
Avstraliya mətbuatı Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatı barədə geniş məlumat yayıb. Avstraliya saytlarında bu ölkənin velosipedçilərinin Bakı mundialında iddiaçılar sırasında olduğu qeyd olunub.

AZƏRTAC Avstraliya mətbuatına istinadla xəbər verir ki, bir əsrdən artıq yaşı olan milli velosiped yığmasının heyətində "Rio-2016” Yay Olimpiya Oyunlarının iştirakçısı Antoni Din və Lauren Reynolds, həmçinin ölkənin ən yüksək səviyyəli idmançılarından olan Kai və Saya Sakakibara medallara iddiaçıdırlar.

Həmçinin avstraliyalı Cek Devisin Bakı çempionatında yaşıdları arasında ən yaxşı velosipedçi olduğu və Azərbaycana dünyanın ən güclü idmançılarının topaşdığı qeyd edilib.

Yazılarda Bakıdakı BMX arenasının beynəlxalq standartlara tam cavab verdiyi, yarışın yüksək səviyyədə təşkil olunduğu, həmçinin gələn qonaqlar üçün əyləncə zonasının yaradıldığı xüsusi vurğulanıb.

Qeyd edək ki, BMX üzrə dünya çempionatında 43 ölkədən 1500-dək velosipedçi birincilik uğrunda mübarizə aparır.





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9396
GEL 1 1 Gürcüstan larisi 0.6061
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1832
CHF 1 1 İsveçrə frankı 1.753
KWD 1 1 Küveyt dinarı 5.6058
TRY 1 1 Türkiyə lirəsi 0.2933