• cümə, 26 Aprel, 11:36
  • Baku Bakı 12°C

Bakıda bədii gimnastika üzrə "GymBala" adlı beynəlxalq turnirə start verilib

18.08.18 13:30 732
Bakıda bədii gimnastika üzrə "GymBala" adlı beynəlxalq turnirə start verilib
Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə "GymBala” adlı beynəlxalq turnirə start verilib.
Trend-in məlumatına görə, iki gün davam edəcək yarışlarda fərdi proqramda 2011-2013, 2008-2010, 2006-2007, 2003-2005-ci il təvəllüdlü, qrup hərəkətləri proqramında isə 2011-2013, 2008-2010, 2006-2007 və 2003-2005-ci il təvəllüdlü gimnastlar çıxış edəcəklər.
Təcrübəli gimnastlarla yanaşı, daha az yaşlı gimnastların da çıxış edəcəyi turnirdə iştirakçılar həm çöxnövçülük, həm də ayrı-ayrı alətlər üzrə medallar uğrunda mübarizə aparacaqlar.
Yayın son gimnastika yarışında Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, "AyUlduz" Klubu, Sərhədçi İOM, "Zirvə" İdman Klubu, o cümlədən Sumqayıt, Zirə, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Göyçay, Şağan, Zaqatala, Zabrat, Şirvan təmsilçiləri ilə yanaşı, Qazaxıstan, Ukrayna və Misirdən olan ümumilikdə 130-dan çox gimnast da iştirak edəcək.
banner

Oxşar Xəbərlər