“Azeri Light”ın bir barreli 67,54 dollara satılır

“Azeri Light”ın bir barreli 67,54 dollara satılır

İqtisadiyyat
13 Noyabr 2019, 11:53 637
Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
AZƏRTAC xəbər verir ki, "Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,03 dollar geriləyərək 67,54 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.