• cümə, 26 Aprel, 10:35
  • Baku Bakı 12°C

Azərbaycanlı hakim Çempionlar Liqasına təyinat alıb

02.07.14 14:15 1182
Azərbaycanlı hakim Çempionlar Liqasına təyinat alıb
2014/15 mövsümünün Avropa klub miqyaslı turnirlərində daha 2 oyun azərbaycanlı FİFA hakimlərinə tapşırılıb. Apasport.az saytının məlumatına görə, Əliyar Ağayev və Anar Salmanov II təsnifat mərhələsinin oyunlarına təyinat alıblar.​
Ağayev daha nüfuzlu Çempionlar Liqasının oyununda iş başında olacaq. Salmanov isə Avropa Liqasında fit çalacaq. Onların başçılıq edəcəyi hakimlər briqadasının tam tərkibi də artıq müəyyənləşib.
Çempionlar Liqası
II təsnifat mərhələsi. 23 iyul
"Aktobe" (Qazaxıstan) - "Dinamo" (Tbilisi, Gürcüstan)
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Zeynal Zeynalov
Dördüncü hakim: Rauf Cabbarov
Avropa Liqası
II təsnifat mərhələsi. 24 iyul
"Vaduts" (Lixtenşteyn) / "Kollec” (Cəbəllütariq) – “Rux” (Polşa)
Baş hakim: Anar Salmanov
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Vaqif Musayev
Dördüncü hakim: Rəhim Həsənov
Qeyd edək ki, UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsi çərçivəsində iyulun 3-də keçiriləcək "Kayrat" (Qazaxıstan) - "Kukesi" (Albaniya) oyununu da həmyerlimiz, FIFA referisi Rəhim Həsənov idarə edəcək. Onun köməkçiləri Yaşar Abbasov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Anar Salmanov yerinə yetirəcək.
banner

Oxşar Xəbərlər