• cümə, 19 Aprel, 17:04
  • Baku Bakı 25°C

Azərbaycanın vətəndaş cəmiyyəti qurumları Ermənistana qarşı petisiya imzalayıb

08.04.21 15:00 764
Azərbaycanın vətəndaş cəmiyyəti qurumları Ermənistana qarşı petisiya imzalayıb

Azərbaycanın vətəndaş cəmiyyəti qurumları Ermənistana qarşı petisiya imzalayıb.
APA-nın məlumatına görə, petisiya Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının təxminən 30 illik işğalı , habelə münaqişənin bitməsindən sonrakı dövrdə Ermənistan hərbi birləsmələrinin geri çəkildiyi zaman bu əraziləri minalanması və minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsinə qarşı etiraz çağırışıdır.
Sənəddə qeyd olunub ki, Ermənistan bu minaların harada qoyulduğunu bilir, lakin bu məlumatları yaymaqdan imtina edir.
Qeyd olunub ki, XİN 22 fevral tarixində BMT-də Ermənistanı azad edilmiş ərazilərdə minaların yerlərini bildirməyə çağırılması təklifi ilə çıxış edib.
Petisiya həmin sənədə istinad edərək dünya dövlətlərini, beynəlxalq təşkilatları, media qurumlarını Azərbaycanın üzləşdiyi mina probleminə yönəltmək üçün çoxsaylı insanların change.org saytında birgə etiraz çağırışıdır: "Azərbaycan vətəndaşları dahttps://www.change.org/p/republic-of-armenia-urge-armenia-release-the-map-of-landmines-in-liberated-areas-of-azerbaijan-to-save-livessaytına daxil olub, petisiyaya imza ata bilər. Bu petisiyanı imzalamaqla Ermənistanı minalanmış ərazilərə dair xəritələri üzə çıxartmağa çağırmağınız çox sayda günahsız insan itkisinin qarşısını ala bilər. Bu insanların zərərsizləşdirilməsi mümkün olan həmin minalara düşərək həyatlarını itirmək və ağır yaralanmaq qorxusu olmadan yaşamaq hüququ var".
banner

Oxşar Xəbərlər