AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanın inkişaf ssenariləri mövzusunda məruzənin təqdimatı keçiriləcək

Azərbaycanın inkişaf ssenariləri mövzusunda məruzənin təqdimatı keçiriləcək

Cəmiyyət
02 İyul 2020, 11:45 139
Bu gün Azərbaycanlı və rusiyalı ekspertlər pandemiyadan sonra Azərbaycanın inkişaf ssenarilərini müzakirə edəcək.
Trend-in məlumatına görə, "Şimal-Cənub" politologiya mərkəzində "Azərbaycan pandemiyadan sonra: inkişaf ssenarisi (iqtisadiyyat, siyasət)" adlı məruzənin təqdimatı keçiriləcək. Məruzə "Xəzər ekspert klubu" xüsusi layihəsinin rəhbəri, Trend agentliyinin baş direktor müavini Gülnarə Məmmədzadə və Rusiya Elmlər Akademiyasının İqtisad İnstitutunun elmi işçisi Aleksandr Karavayev tərəfindən hazırlanıb.
Təqdimat bu gün ZOOM platformasında baş tutacaq.
Məruzədə müəlliflər cari prosesləri təsvir edir və Azərbaycanın post-böhran müddətində mümkün inkişaf ssenarilərini nəzərdən keçirir.
Məruzənin müzakirəsində onlayn rejimdə Azərbaycanın aparıcı siyasi və iqtisadi ekspertlər, eləcə də Rusiyanın Cənubi Qafqaz və Xəzər regionunun problemləri üzər ixtisaslaşan ekspertlər iştirak edəcək. İştirakçılar müəlliflərin irəli sürdüyü rəylər üzrə fikir mübadiləsi aparacaq və Azərbaycanda sosial-iqtisadi, siyası vəziyyətin inkişaf perspektivləri, Rusiya ilə Azərbaycan arasında qlobal çağırışların mənfi təsirlərinin öhdəsindən gəlmək məqsədilə əməkdaşlığın aktual istiqamətləri barədə öz görüşlərini paylaşacaq.