Azərbaycanın bank sektoru Bazel III standartlarına keçməyə hazırlaşır

Azərbaycanın bank sektoru Bazel III standartlarına keçməyə hazırlaşır

İqtisadiyyat
13 Noyabr 2019, 10:45 725
Maliyyə Bazarlarına Nəzarət Palatası Bazel III standartlarına keçid çərçivəsində likvidlik riskinin idarə olunması istiqamətində likvidliyin təminatı əmsalının tətbiq olunmasını nəzərdə tutur.
Bu barədə Trend-ə Palatadan bildiriblər.
Qeyd olunub ki, hazırda Bazel III standartları üzrə müəyyən addımlar atılır.
Basel III standartlarında nəzərdə tutulan sistem banklara diferensial yanaşma tətbiq edir. Hazırda bu banklarda kapital adekvatlığı və maliyyə levereci əmsalı üzrə minimal normativ tələblər digər banklarla müqayisədə fərqlidir.
Bazel III standartları bankların iqtisadi və maliyyə şoklarına qarşı dayanıqlığının artırılması, risklərin idarə olunması prosesinin təkmilləşdirilməsi, bankların şəffaflığının və informasiyanın ictimaiyyətə açıqlanması xüsusiyyətlərinin artırılması, bankların kapitalının dayanıqlığının təmin olunması və bankların minimal likvidliliyi üzrə əmsalların müəyyənləşdirilməsi kimi məqsədlərin reallaşdırılması tələblərini irəli sürür.