• şənbə, 20 Aprel, 16:59
  • Baku Bakı 23°C

Azərbaycanda vergi sisteminin texniki dəstəyinə 6,8 mln. manatdan çox vəsait yönəldiləcək

17.02.20 11:51 1434
Azərbaycanda vergi sisteminin texniki dəstəyinə 6,8 mln. manatdan çox vəsait yönəldiləcək
Azərbaycan Vergilər Nazirliyi informasiya texnologiya xidmətlərinin cəlb edilməsi üzrə tenderin qalibini müəyyənləşdirib.
"APA-Economics"in "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, nazirliyin elan etdiyi tenderin qalibi Azərbaycanın "Cybernet” " şirkəti seçilib. Fevralın 5-də bu şirkətlə dəyəri 6,82 mln. manatdan çox təşkil edən müqavilə imzalanıb.
Müqaviləyə əsasən, "Cybernet" şirkəti nazirliyin informasiya sistemlərinə xidməti dəstək göstərəcək. Həmçinin, şirkət tərəfindən dövlət qurumunda istifadə olunan proqram təminatlarında əlavə və dəyişikliklər ediləcək və lisenziyalar tədarük olunacaq.
banner

Oxşar Xəbərlər