• şənbə, 20 Aprel, 07:52
  • Baku Bakı 14°C

Azərbaycanda son iki ayda ərzaq məhsullarına daha çox pul xərclənib

19.03.20 09:52 902
Azərbaycanda son iki ayda ərzaq məhsullarına daha çox pul xərclənib
2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsindən əhaliyə 5 milyard 858,7 milyon manatlıq, o cümlədən 2 milyard 994,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2 milyard 864,0 milyon manatlıq qeyri-ərzaq məhsulları satılıb.
Trend-in məlumatına görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət dövriyyəsi üzrə 3,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,6 faiz, qeyri-ərzaq məhsulları üzrə isə 3,6 faiz artım müşahidə olunub.
Cari ilin iki ayı ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,1 faizi ərzaq məhsullarının, 6,0 faizi içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi elektrik malları və mebellərin, 5,3 faizi avtomobil yanacağının, 1,6 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2020-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının dəyər ifadəsində 24,0 faizi ticarət müəssisələri, 48,5 faizi fərdi sahibkarlar tərəfindən, 27,5 faizi isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 29,1 faiz, fərdi sahibkarlar üzrə 0,8 faiz artmış, bazar və yarmarkalarda isə 9,1 faiz azalıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 294,3 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 14,9 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 150,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 143,9 manatlıq qeyri-ərzaq məhsulları alıb.
banner

Oxşar Xəbərlər