• cümə, 19 Aprel, 14:39
  • Baku Bakı 25°C

Azərbaycanda koronavirusa daha 352 nəfər yoluxub, 196 nəfər sağalıb

13.06.20 18:53 1588
Azərbaycanda koronavirusa daha 352 nəfər yoluxub, 196 nəfər sağalıb
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 352 yoluxma faktı qeydə alınıb, 196 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 9570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 5309 nəfər müalicə olunaraq sağalıb, 115 nəfər vəfat edib. Aktiv xəstə sayı 4146 nəfərdir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 375 min 759 test aparılıb. Bugünkü test sayı isə 7505-dir.
banner

Oxşar Xəbərlər