Azərbaycanda həftə sonu hava proqnozu açıqlandı

Azərbaycanda həftə sonu hava proqnozu açıqlandı

Cəmiyyət
31 May 2013, 11:15 910
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.

İyunun 2-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şimal qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-20, gündüz 25-30 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 1-2-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturu iyunun 1-də Mərkəzi Aran rayonlarda gecə 13-18, gündüz 25-30, bəzi yerlərdə 32, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

İyunun 2-də isə havanın temperaturu gecə 14-19, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.