Azərbaycanda hansı çimərliklərdə çimməyə icazə veriləcək?

Azərbaycanda hansı çimərliklərdə çimməyə icazə veriləcək?

Cəmiyyət
03 İyun 2013, 13:11 874
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) may ayından etibarən çimərliklərdə monitorinqlərə başlayıb.

RGEM-nin sanitar-gigiyena şöbə müdiri Ziyəddin Kazımov APA-ya açıqlamasında deyib ki, dəniz suyunun keyfiyyət göstəricilərini müəyyənləşdirmək məqsədilə aparılan monitorinqlər zamanı ölkənin şimal və cənub zonasında, Bakı, Abşeron və Sumqayıtda, bir sözlə, bütün respublika üzrə çimərliklərdə yoxlamalar aparılır.

Monitorinq nəticəsində insanların çimməsi üçün yararlı olan çimərliklər müəyyənləşəcək və onların adı ictimaiyyətə açıqlanacaq. Monitorinqin nəticələri gələn həftə bəlli olacaq.