Azərbaycanda elektrik enerjisi sahəsinin liberallaşması

Azərbaycanda elektrik enerjisi sahəsinin liberallaşması

İqtisadiyyat
18 Noyabr 2019, 14:15 827
Azərbaycanda elektrik enerjisi sektorunun liberallaşması bu sahədə texniki və iqtisadi səmərəliliyini artıracaq.
"APA-Economucs"in məlumatına görə, bu barədə Asiya İnkişaf Bankı (AİB) tərəfindən maliyyələşdirilən "Elektrik Enerjisi Sektorunun Maliyyə Bərpası Planının hazırlanması"  texniki yardım layihəsi üzrə qrup rəhbəri İlka Levinqton "Jurnalistlər üçün biliklər və anlayışlar" adlı təlim zamanı çıxış edərkən bildirib.
Onun sözlərinə görə, bazarın liberallaşması bir sıra üstünlüklər verəcək. Belə ki, liberallaşma sektor üçün büdcə subsidiyalarının azalmasına, tarif və qiymətlərin optimallaşmasına şərait yaradacaq
Bundan əlavə, İ. Levinqton bildirib ki, bazarın liberallaşdırılması özəl investisiyaların, o cümlədən birbaşa xarici sərmayələrin cəlb edilməsini və innovasiyaların tətbiqini təmin edəcək.