AZE | RUS | ENG |

Azərbaycan yığması səfərdə Latviya millisi ilə yoldaşlıq oyunu keçirəcək

Azərbaycan yığması səfərdə Latviya millisi ilə yoldaşlıq oyunu keçirəcək
İyunun 9-da Riqadakı "Dauqava” stadionunda futbol üzrə Azərbaycan milli komandası

Latviya yığması ilə yoldaşlıq oyunu keçirəcək.

AZƏRTAC xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Qarşılaşmanı Belarusdan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Denis Şerbakov olacaq. Ona yan xətt hakimləri Yuri Xomçanka və Andrey Xetsikov kömək edəcəklər. Oyunda dördüncü hakim funksiyasını Aleksandr Anufriyev yerinə yetirəcək.

Bu, UEFA Millətlər Liqasından əvvəl Azərbaycan millisinin sonuncu yoldaşlıq matçı olacaq.

Qeyd edək ki, komandalar sonuncu dəfə 2004-cü ildə Riqada qarşılaşıblar. Həmin görüş 2:2 hesabı ilə başa çatıb. Millimizin Latviya yığması ilə 1997-ci ildə və 2002-ci ildə səfərdə keçirdiyi oyunlarda da qalib müəyyənləşməyib - 0:0.

Bu, yığmamızın Qurban Qurbanovun rəhbərliyi ilə altıncı oyunu olacaq. Milli komandamız beş görüşdən birində qalib gəlib (Qırğızıstan - 3:0), ikisində heç-heçə edib (Moldova - 0:0, Makedoniya - 1:1). İki görüşdə isə rəqib komandalar üstün olublar (Belarus – 0:1, Qazaxıstan – 0:3).





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6914
GBP 1 İngilis funt sterlinqi 2.2363
TRY 1 Türk lirəsi 0.3578
KWD 1 Küveyt dinarı 5.6134
SEK 1 İsveç kronu 0.1913
EUR 1 Avro 1.9658
CHF 1 İsveçrə frankı 1.7038
USD 1 ABŞ dolları 1.7000