AZE | RUS | ENG |


Azərbaycan yelkənçiləri Dünya Çempionatı hazırlıqlarına start verdi

Azərbaycan yelkənçiləri Dünya Çempionatı hazırlıqlarına start verdi
Azərbaycan Yelkənli İdman Federasiyanın (SFA) yığma komandası bu ilin 1 - 8 yanvar tarixlərində Türkiyənin Bodrum şəhərində təlim-məşq düşərgəsində olublar. Yelkənin Optimist və Lazer sinifləri üzrə 9 oğlan və 3 qızdan ibarət, ümumilikdə 12 idmançımızın iştirak etdiyi "Bodrum 2017” düşərgəsi SFA-nin idman üzrə rəhbəri Burcu Algon Giorgianni, baş məşqçilər Seyhun Yıldız və Tuğçe Subaşı, eləcə də, yerli məşqçilərin nəzarəti altında təşkil edilib.
2016-cı ildən etibarən SFA tərəfindən hər il təşkil edilən "Bodrum düşərgəsi”-nin əsas məqsədi idmançılarımızın beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və müxtəlif hava şəraitlərində yarış təcrübələrinin daha da gücləndirilməsidir. Belə ki, bu il ərzində yelkənçilərimizin bir sıra beynəlxalq yarışlarda, o cümlədən ilk dəfə olaraq, Tailandda Optimist sinfi üzrə Yelkənli İdman Dünya Çempionatında iştirakı gözlənilir.
Qeyd edək ki, yelkənçilərimiz sözügedən təlim məşq düşərgəsi ərəfəsində yanvar ayının 7-də Türkiyənin bir sıra yelkən klublarının və Rusiya idmançılarının iştirakı ilə təşkil edilən Bodrum Yelkən Yarışmasında iştirak etmiş və soyuq hava şəraitinə baxmayaraq, yarışı uğurla başa vurublar.
 "Bodrum 2017” düşərgəsində iştirak edən idmançılarımızın siyahısı:
Lazer sinfi üzrə:
Selcan Abbas
Ammar Hatim
Cavid Kərimov
 
Optimist sinfi üzrə:
Murad Allahverdi
Ayla Babayeva
Murad Hacızadə
Murad İsmayılov
Ömər İsmayılov
İsmayıl Kərimov
Kristina Kərimova
Fərid Məmmədzadə
Rafiq Orucov

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1763
TRY 1 Türk lirəsi 0.4764
KWD 1 Küveyt dinarı 5.5938
SEK 1 İsveç kronu 0.1919
EUR 1 Avro 1.8492
CHF 1 İsveçrə frankı 1.7091
USD 1 ABŞ dolları 1.7022