• cümə, 26 Aprel, 22:23
  • Baku Bakı 22°C

Azərbaycan Tibb Universitetində növbəti əmək haqqı artımı oldu

19.03.15 15:39 687
Azərbaycan Tibb Universitetində növbəti əmək haqqı artımı oldu

Azərbaycan Tibb Universitetində əməkdaşların maddi rifahınınyaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mütəmadi olaraq lazımi tədbirlər həyata keçirilir. Belə tədbirlər sırasında bu gün Universitetin Böyük Elmi Şurasında əməkdaşların əmək haqqının artırılması haqqında qəbul edilmiş qərarı xüsusi qeyd etmək lazımdır. Bu qərar“Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminintətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli Fərmanı və “Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilırin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 12 sentyabr tarixli 210 nömrəli qərarının ləğv edilməsi barədə” Nazirlər Kabinetinin 22 oktyabr 2012-ci il tarixli 244 nömrəli Qərarına əsasənverilmişdir. Qərara əsasən aprel ayının 1-dən etibarənATU –da inzibati idarəetmədə çalışan rəhbərheyətin, fakültə dekanları və dekan müavinlərinin, kafedra müdirlərinin, professor – müəllim heyətinin, o cümlədən digər əməkdaşların aylıq məvacibi artırılıb.Bundan sonra fakültədekanları 1450,kafedra müdirləri 1300, professorlar 1200, dosentlər1050, baş müəllimlər 810, assistentlər və müəllimlər isə 750manat əmək haqqı alacaqlar. Ümumilikdə əmək haqqı artımı universitetin bütün əməkdaşlarınao, cümlədən 1200 nəfər professor-müəllim heyətinəşamil edilib. Belə ki, son əmək haqqı artımından sonraTibb Universitetindəprofessor - müəllim heyətinin orta aylıq əmək haqqı 1100 manata çatıb.
Qeyd edək ki, son illər ATU-da əməkdaşların maddi rifahının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi vəelmi-pedaqoji fəaliyyətlərinin stimullaşdırması məqsədiləəmək haqqlarının artırılmasıənənə halını almışdır. Belə ki, yalnız 2014-cüildəBöyük Elmi Şuranın qərarı ilə universitet əməkdaşlarının əmək haqqı iki müxtəlif vaxtda artırılmışdır.
Həmçinin universitetdə bir qrup əməkdaşın əmək haqqı peşəkarlıq qabiliyyətlərinə, elmi-pedaqoji fəaliyyətlərinə və bu sahədə əldə etdikləri nailiyyətlərə görə differensiasiyayolu ilə artırılmışdır.
ATU-da əməkdaşlarınəmək haqqının artırılmasıhaqqında olan bu qərar, həmvətənlərimiz üçün doğma olan Novruz bayramı ərəfəsində kollektiv üçün ikiqat bayram sevinci bəxş etdi.
banner

Oxşar Xəbərlər