AZE | RUS | ENG |


Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək

Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək.

"Report”un məlumatına görə, III dövrənin son turunun oyunları iki günü əhatə edəcək.

Şənbə günü baş tutacaq matçlarda lider "Qəbələ”lə ilə ən yaxın izləyicisi "Qarabağ” səfərdə oynayacaqlar.

Qəbələnin rəqibi cari çempionatda məğlub edə bilmədiyi yeganə komanda "İnter”dir. Bu kollektivlərin ilk iki dövrədəki görüşlərində heç-heçə qeydə alınıb. Əyalətdə baş tutan qarşılaşmada qapılara qol vurulmayıb. Paytaxtdakı matçda isə Ağabala Ramazanovun qoluna Sergey Zenyov cavab verib.

Ümumilikdə bu görüş "İnter”lə "Qəbələ”nin milli çempionatlarda 35-ci dueli olacaq. Əvvəlki 34 matçın 14-də paytaxt klubu, 7-də əyalət komandası 3 xal əldə edib.

"Qəbələ” hazırda 43 xalla ilk pillədə qərarlaşdığı halda "İnter” 36 xalla 3-cü sıradadır.

"Qarabağ”la "Sumqayıt”ın duellərində isə üstün tərəf Ağdam klubudur. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv əvvəlki 18 oyundan 12-də qalib gəlib, 4-də uduzmaqla yanaşı, cari çempionatda hər iki matçda rəqibini qol buraxmadan üstələyib. Sumqayıtdakı görüşdə Muarem Muaremlə Dani Kintananın, "Azərsun Arena”dakı qarşılaşmada isə Migel Madera, İlqar Qurbanov və Dino Ndlovu dəqiq zərbələri "Qarabağ”a 3 xal qazandırıb.

"Qarabağ” hazırda 42 xalla 2-ci sıradadır. 5-ci pillədəki "Sumqayıt”ın isə 25 xalı var.

Azərbaycan Premyer Liqası

XXI tur

4 mart (şənbə)

16:00 "Sumqayıt” – "Qarabağ”
Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, Namiq Hüseynov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rövşən Əhmədov
"Kapital Bank Arena”
İlk iki dövrə - 0:2, 0:3

20:00 "İnter” – "Qəbələ”
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
"İnter Arena”
İlk iki dövrə - 0:0, 1:1




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1926
TRY 1 Türk lirəsi 0.4822
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2093
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7687
USD 1 ABŞ dolları 1.7008