AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan MN: Döyüş bayrağını qoyub qaçan düşmənin iki yolu var

Azərbaycan MN: Döyüş bayrağını qoyub qaçan düşmənin iki yolu var

Cəmiyyət
01 Oktyabr 2020, 20:15 173

"Dünən məlumat verildiyi kimi, Ermənistan Ordusunun alay komandiri və onun müavini bölmələrimizin dəqiq artilleriya atəşi nəticəsində məhv edilib. Düşmənin alayın köməyinə gələn əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri əlimizə keçib”.
APA-nın məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, əsgəri şərəf, şücaət və şöhrət rəmzi olan döyüş bayrağını döyüş meydanında atıb qaçan düşmən bir daha öz acizliyini nümayiş etdirib: "Döyüş bayrağını qoruya bilməyən ordunun iki yolu var: Ya ərazimizi tərk etməlidir, ya da yerində məhv ediləcək. Qələbə bizimlədir!”