• cümə, 26 Aprel, 23:22
  • Baku Bakı 22°C

Azərbaycan millisi Tailandda turnirə qatılacaq

13.04.16 18:39 1090
Azərbaycan millisi Tailandda turnirə qatılacaq
Dünya çempionatına vəsiqə qazanan futzal üzrə Azərbaycan yığması turnirə qatılacaq. Apasport.az saytı xəbər verir ki, bu barədə Qazaxıstan millisinin baş məşqçisi Kakau yerli mətbuata açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, avqustun sonlarında keçiriləcək turnir Tailandda baş tutacaq və meydan sahibləri ilə yanaşı Qazaxıstan, İran, Ukrayna və Azərbaycan yığmaları qatılacaq.
Qeyd edək ki, dünya çempionatının pley-off mərhələsinin ilk görüşündə səfərdə Hollandiyanı 5:1 hesabı ilə üstələn yığmamız öz meydanında 4:4 hesablı heç-heçə edərək, adını Kolumbiyada keçiriləcək mundialın final mərhələsinə yazdırıb.
banner

Oxşar Xəbərlər