• cümə, 26 Aprel, 19:07
  • Baku Bakı 22°C

Azərbaycan klubu 36 boksçu ilə mübarizəyə başlayır

07.11.13 15:45 1915
Azərbaycan klubu 36 boksçu ilə mübarizəyə başlayır
Ümumdünya Boks Seriyasında (WSB) yeni mövsümə hazırlaşan “Baku Fires” klubunun heyəti açıqlanıb. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qarşıdakı mövsümdə liqada mübarizə 10 çəki dərəcəsi üzrə gedəcək.
Bu səbəbdən, kluba 36 idmançı cəlb olunub. Ötən mövsüm “Baku Fires”in şərəfini qorumuş dünya və Avropa çempionu Albert Səlimov yeni çempionatda da gücünü sınayacaq. Sadəcə, bu dəfə Səlimov Azərbaycan idmançısı kimi qeydiyyatdan keçib.
Mixail Veselov da WSB Liqasında Azərbaycan boksçusu kimi döyüşəcək. 2 qat dünya çempionu, Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov, Avropa çempionatlarının medalçısı Elvin Məmişzadə kimi təcrübəli boksçularla yanaşı, gənclər - Salman İbrahimovla (64 kq) Nurlan Qasımlı (52 kq) da heyətə daxil ediliblər.
Heyətdə diqqəti cəlb edən daha bir idmançı Rauf Ağayevdir. Peşəkar boks yarışlarında bir neçə döyüş keçirmiş Ağayevin WSB liqasında debütü maraqla gözlənilir.
Qazaxıstanda keçirilən dünya çempionatının iştirakçısı Soltan Migitinov (75 kq) yenidən “Baku Fires”ə qayıdıb.
Azərbaycan klubunun heyəti: Məhəmməd İbiyev, Həmzə Nemətov – hər 2-si 49 kq, Məhəmməd Abdulhəmidov, Elvin Məmişzadə, Rauf Ağayev, Nurlan Qasımlı, Murad Rabadanov (52 kq), Orzubek Şaimov (Özbəkistan), Məhəmməd Qurbanov, Qairbek Qermaxanov, Giorgi Qoqatişvili (Gürcüstan) – hər 3-ü 52 kq, Xurşid Tocibayev (Özbəkistan), Məhəmmədrəşid Cəbrayılov, Albert Səlimov - hər 3-ü 60 kq, Məhəmmədəli Ukayev, Osman Əliyev, Salman İbrahimov - hər 3-ü 64 kq, Abdulcabbar Həsənov, Kamil Əhmədov, Məhəmməd Nuruddinov, Yevgeni Romaşkeviç (Belarus) – hamısı 69 kq, Jaba Xositaşvili (Gürcüstan), Soltan Migitinov, Xaybulla Musalov, Mixail Veselov – hamısı 75 kq, Batraz Qutsiyev, Samir Maqomedov, Ramazan Məhəmmədov, Mixail Dolqololevets (Belarus) – hamısı 81 kq, Denis Latipov, Vladimir Keleş (Moldova), Abdulqadir Abdullayev – hər 3-ü 91 kq, Məhəmmədrəsul Məcidov, Hacı Murtuzəliyev, Üzeypat İsmayılov, Arslanbek Mahmudov – hamısı 91 kq-dan yuxarı.
Qeyd edək ki, “Baku Fires” yeni mövsümdə ilk görüşünü noyabrın 15-də Almatıda “Astana Arlans”a qarşı keçirəcək. Komandamız 2-ci turda Quba Olimpiya Kompleksində “Mexico Guerreros”u qəbul edəcək.
banner

Oxşar Xəbərlər