Azərbaycan güləşinin əfsanəsi - Portret
"Güləş üslubumdan nə mən baş açıram, nə də başqası. Güləşən
zaman bədənimin verdiyi reaksiyalara özüm də heyrət edirəm. Sonradan desələr
ki, o fəndləri göstər, bəlkə də bacarmaram. Deyirlər, bu, Allah vergisidir. Bir
yandan da düşünürəm ki, uğurlarımda 40 faiz fitri bacarıqlarımın payı varsa,
yerdə qalanı çalışqanlığıma söykənir".
İstedad insana verilmiş ən qiymətli hədiyyədir. Bəşər övladı ona layiq olub-olmadığını özü müəyyən edir. Sadəcə, bir yolu var: Zəhmət. İstedad torpaq altında gizlədilmiş dəfinədirsə, zəhmət onu üzə çıxarıb, bəhrələnməkdir. İstedadla zəhmət bir-birinə qovuşanda xariqələr yaranır. Necə ki, bu vəhdət sayəsində Toğrul Əsgərov əfsanəyə çevrilib.
Adının mənası qüdrətli olan Toğrulun gücünü babası kəşf edib. Baba,
Toğrulu daim diqqətində saxlayıb, erkən yaşlarından idman elementləri öyrədib.
Təəccüblü deyil, uzun illər Gəncə şəhər 7 saylı orta məktəbə rəhbərlik edən
Səməndər Hüseynov, gəncliyində güləş və sambo ilə məşğul olub, dəfələrlə SSRİ
birinciliklərində fərqlənib. Bu dönəmdə hər bir idmançı kimi, ən böyük arzusu
təbii ki, dünya və olimpiya çempionluğu olub. Nəvəsini ali zirvədə görmək
istəyən Hüseynov, onu Gəncə Təhsil İdman Mərkəzinin cüdo bölməsinə yazdırır.
Toğrul Ramiz Məmmədovun yanında üç ildən artıq cüdonun sirlərinə yiyələnir. Bu
müddətdə o, dəfələrlə şəhər və zona birinciliklərində fərqlənir.
"Sənə olimpiya çempionu verirəm"
Məmmədov, bir gün ayaqdan icra edilən fəndləri daha yaxşı mənimsəməsi üçün onu mərkəzin sərbəst güləş bölməsinin təcrübəli mütəxəssisi Elçin Zeynalovun yanına göndərir. Əbəs yerə demirlər ki, təsadüflər zərurətdən doğur. Burada Abil İbrahimov, Rza Xəlilov kimi titullu idmançıları görən Toğrul, güləşə bağlanır. Güləşə keçmək istəsə də, məlum olur ki, zalda yer məhduddur. Bir yandan da kifayət qədər perspektivli, titullu pəhləvanla işləyən Zeynalov, yeniyetmələrlə çalışmaqda bir o qədər də maraqlı deyildi. 14 yaşlı Toğrul niyyətini babasına bildirir, ondan məşqçini yola gətirməsini xahiş edir. Tale elə gətirir ki, Zeynalov həmin günün sabahı işi ilə əlaqədar babasının yanına gəlir. Səməndər bəy Toğrulu ona göstərib, deyir: "Bax, dostum, sənə olimpiya çempionu verirəm". Elçin müəllim buna sadəcə, təbəssümlə cavab verir. Baba, sözünə davam edir: "Məşqə götür. Sağlıq olsun, vaxt gələr, bu sözləri sənə xatırladaram".
Qarşısıalınmaz!
Məşqlərə başlamasından heç altı ay keçmir ki, Toğrul yeniyetmələrin respublika birinciliyində fərqlənir. Məqsəd "qızıl" olsa da, təcrübəsizlik nəticəsində "bürünc"lə kifayətlənir. Növbəti il sözügedən yarışın, eyni zamanda Müşfiq İsayevin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirin qızıl medalını qazanır. 2008-ci ildə ilk dəfə qatıldığı Avropa birinciliyinin qalibi olur. 46 kiloqram çəki dərəcəsində qazandığı nəticəni bir il sonra iki dərəcə yuxarıda - 54 kiloqramda təkrarlayır. 2010-cu ildə gənclərdə də əsas qitə yarışının qalibi olur, üstəlik, dünya birinciliyinin gümüş medalını qazanır. Həmin ilin sentyabrında Moskvada keçirilən böyüklərin dünya çempionatında 55 kiloqram çəki dərəcəsində Avropa çempionu Mahmud Maqomedovun çıxış edəcəyi planlaşdırılsa da, yarışa bir ay qalmış, məlum olur ki, dağıstanlı legionerin iştirakına qadağa qoyulub. Belədə, Saypulla Apsaidovun rəhbərlik etdiyi məşqçilər korpusu gənc ulduzu Rusiya paytaxtına aparmaq qərarına gəlir. 18 yaşlı Əsgərov, ilk cəhdindəcə dünya güləş ictimaiyyətini mat qoyur. Böyüklər arasında uzun illərə söykənən yarış təcrübəsinə malik Monqolustan, Belarus, Yaponiyadan olan rəqiblərinə heç bir seçim yeri qoymayan Toğrul, ev sahibi Viktor Lebedevlə həlledici görüşdə həyəcanını üstələyə bilmir.
Sadalanan nəticələri qazanarkən, cəmi 4 illik güləş təcrübəsi vardı. Buna sadəcə, bir ad vermək olar: Fantastika!
2011-ci ildə Əsgərov, dünya birinciliyində bütün rəqiblərindən bir baş üstün olmaqla, çempionluğu bayram edir. Yay Olimpiya Oyunlarına lisenziya xarakterli böyüklərin dünya çempionatında isə onun çəkisində Zəlimxan Hüseynov çıxış edərək, sonda əliboş qalır. Təcrübəli, titullu güləşçinin ümidləri doğrultmaması Toğrulun şanslarını birə beş artırır. 2012-ci ilin martında Serbiyada keçirilən böyüklərin Avropa çempionatında, bir ay sonra isə Bolqarıstanda təşkil olunan olimpiya təsnifat turnirində hamıdan güclü olur.
Budur, 19 yaşlı pəhləvan olimpiya zirvəsinin bir addımlığındadır!
London Yay Olimpiya Oyunları üçün keçirilən yüksək səviyyəli
hazırlığın sonlarına yaxın, güləş ictimaiyyəti qara xəbərlə sarsılır: Toğrulun
diz bağları qopub, olimpiadada iştirakı böyük sual altındadır". Əsgərov bu
anları xatırlayır: "London olimpiadasına cəmi ay yarım qalırdı. Bütün
ümidlər üzülmüşdü. Çünki müalicəm, toparlanmağım uzun zaman almalı idi. Lakin
Namiq müəllimin (Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq
Əliyevi nəzərdə tutur) sözləri mənə stimul verdi. O dedi ki, biz səndən
başqasını ora göndərə bilmərik, sən bizim əvəzedilməzimizsən, lap bir ayağınla
da olsa, çıxıb güləşəcəksən, başqa yolu yoxdur".
11 avqust, London olimpiadasının sona çatmasına 2 gün qalır. Rekord
sayda, eyni zamanda əvvəlkilərdən xeyli iddialı heyətlə təmsil olunsaq da, hələ
də baş mükafat qazanılmayıb. Bir gün əvvəl boks üzrə son dünya çempionatının
qalibi Məhəmmədrəsul Məcidov və vitse-çempionu Teymur Məmmədov hakimlərin
qeyri-obyektiv qərarları ilə yarımfinalda uduzub. Sadəcə, 5 iştirakçımız qalıb.
Hamısı da sərbəst üsulla güləşən pəhləvan. Heyət kifayət qədər titullu
güləşçilərdən ibarət olsa da, təbii ki, rəqiblər də ciddidir. Əsgərovun əsas
maneəsi isə dördqat dünya çempionu rusiyalı Besik Kuduxovdur. Toğrul davam
edir: "Sərbəst güləş yığmasının üzərinə böyük məsuliyyət düşmüşdü. Bütün
komanda üzvləri kimi, mən də bunu yaxşı dərk edirdim. Baxmayaraq ki, zədəm tam
sağalmamışdı, üstəlik, rəqibim qat-qat təcrübəli, əfsanəvi bir güləşçi idi,
mən, sadəcə, çempionluq haqqında düşünürdüm. Yarış gününədək 7-8 kiloqram çəki
salmışdım, yarımfinaladək döşəkdə çətinliklə tab gətirirdim. Finala qədər
yaranan fasilədə özümü toparladım. Dizimə təpər, gözlərimə işıq gəldi. Döşəyə
sadəcə, qələbə üçün çıxdım. Dedim, uduzsam da, kişi kimi uduzacağam. Kənardan
baxanlar deməsinlər ki, potensialı vardı, amma rəqibin gücündən ehtiyat elədi,
"gümüş"ə qane oldu. Qoy desinlər ki, gücü çatmadı. Canımı qoydum və
xalqımıza böyük sevinc bəxş etdim. Hər dəfə bu anları xatırlayanda izahı
imkansız hisslər keçirirəm".
2013-cü ilin əvvəlində Bolqarıstanda keçirilən təlim-məşq toplanışı
zamanı zədəsi ağırlaşır. Nəticədə bir ilə yaxın idmandan uzaq qalır. 2014-cü
ildə 65 kiloqram çəki dərəcəsində ilk dəfə çıxış etdiyi Avropa çempionatı ilə
startdaca vidalaşır. Həmin il Özbəkistanın paytaxtı Daşkənddə baş tutan dünya
çempionatında isə ümumiyyətlə, iştirak etmir.
Bu müddətdə haqqında, idmanı buraxıb, biznesə başlaması ilə bağlı
söz-söhbətlər gəzir. Zaman keçdikcə, ən nikbin idmansevərlər belə, artıq
ümidini üzür. Səbəbsiz deyildi. Rio olimpiadasına bir ildən bir qədər artıq
vaxt qalırdı. Belə bir vaxtda, heç kimin gözləmədiyi halda, Toğrulun adı Bakıda
keçirilən I Avropa oyunlarında iştirak edəcək sərbəst güləş yığmamızın heyətinə
salınır. Əsgərov etimadı doğruldaraq, bütün şayiələrə son qoyur. Sentyabrda isə
ABŞ-da keçirilən olimpiadaya lisenziya xarakterli dünya çempionatına yollanır.
Rioya vəsiqəni təmin etsə də, burada aşkar haqsızlıqla üzləşir. 1/4 finalda
Avropa oyunlarının həlledici görüşündə "tuşe" ilə məğlub etdiyi
İtaliya təmsilçisi Frank Çamizonun kürəyini yenidən döşəyə sıxsa da, hakimlər
bunu görməzdən gəlir. Toğrul deyir ki, sözügedən ədalətsizlik baş verməsəydi,
mütləq dünya çempionu olacaqdı.
Bununla belə, o, həmin il Avropanın ən yaxşı atleti seçilir.
Toğrulun çıxışı bu dəfə son yarış gününə təsadüf edirdi. Londondan
fərqli olaraq, bir "qızıl" əldə olunsa da, bu, olimpiya komandamızın
potensialını tam ortaya qoymurdu. Odur ki, nəzərlər yenidən Əsgərova
dikilmişdi. Toğrul, yarımfinalda Çamizoya yerini göstərsə də, təəssüf ki,
həlledici qarşılaşmada rusiyalı Soslan Ramonovla bacara bilmədi.
Bu, özlüyündə parlaq nailiyyət idi. Ardıcıl iki olimpiadada finalda güləşmək qəhrəmanımızın əsl idmançı xarakterindən xəbər verir. Bunu 23 yaşa sığdırmaq isə dünyada nadir rast gəlinən hadisədir.
London olimpiadasından sonrakı ssenari cari olimpiya tsiklində də
təkrar olunur. İki ilə yaxındır ki, zədələrinin müalicəsi ilə məşğuldur. Bu
arada o, bir neçə dəfə ağır əməliyyat keçirib. Dönüşünü gələn ilə planlaşdıran
Toğrul, 74 kiloqram çəki dərəcəsində çıxış etməyi qərara alıb. "Zədələrim
imkan versə, ikinci dəfə də olimpiya çempionu olaram", deyir.
Toğrul, Azərbaycan idman tarixinin ən gənc olimpiya çempionudur.
Əsgərov, bütün zamanların sərbəst güləş üzrə ikinci azyaşlı olimpiada
qalibidir. Rəsmi statistikaya əsasən o, sadəcə, keçmiş Yuqoslaviya bayrağı
altında Los-Anceles-1984-ün çempionu olan makedoniyalı Şaban Trstenadan geri
qalır.
"Kumirin kimdir" sualına gənc güləşçilərin əksəriyyəti kimi, "Namiq Abdullayev” cavabını verir. Lakin hamıdan fərqli olaraq, karyera baxımından yalnız o, Abdullayevlə müqayisə edilə bilər.
Sahib
İstedad insana verilmiş ən qiymətli hədiyyədir. Bəşər övladı ona layiq olub-olmadığını özü müəyyən edir. Sadəcə, bir yolu var: Zəhmət. İstedad torpaq altında gizlədilmiş dəfinədirsə, zəhmət onu üzə çıxarıb, bəhrələnməkdir. İstedadla zəhmət bir-birinə qovuşanda xariqələr yaranır. Necə ki, bu vəhdət sayəsində Toğrul Əsgərov əfsanəyə çevrilib.
Cüdo ilə başladı
"Sənə olimpiya çempionu verirəm"
Məmmədov, bir gün ayaqdan icra edilən fəndləri daha yaxşı mənimsəməsi üçün onu mərkəzin sərbəst güləş bölməsinin təcrübəli mütəxəssisi Elçin Zeynalovun yanına göndərir. Əbəs yerə demirlər ki, təsadüflər zərurətdən doğur. Burada Abil İbrahimov, Rza Xəlilov kimi titullu idmançıları görən Toğrul, güləşə bağlanır. Güləşə keçmək istəsə də, məlum olur ki, zalda yer məhduddur. Bir yandan da kifayət qədər perspektivli, titullu pəhləvanla işləyən Zeynalov, yeniyetmələrlə çalışmaqda bir o qədər də maraqlı deyildi. 14 yaşlı Toğrul niyyətini babasına bildirir, ondan məşqçini yola gətirməsini xahiş edir. Tale elə gətirir ki, Zeynalov həmin günün sabahı işi ilə əlaqədar babasının yanına gəlir. Səməndər bəy Toğrulu ona göstərib, deyir: "Bax, dostum, sənə olimpiya çempionu verirəm". Elçin müəllim buna sadəcə, təbəssümlə cavab verir. Baba, sözünə davam edir: "Məşqə götür. Sağlıq olsun, vaxt gələr, bu sözləri sənə xatırladaram".
Qarşısıalınmaz!
Məşqlərə başlamasından heç altı ay keçmir ki, Toğrul yeniyetmələrin respublika birinciliyində fərqlənir. Məqsəd "qızıl" olsa da, təcrübəsizlik nəticəsində "bürünc"lə kifayətlənir. Növbəti il sözügedən yarışın, eyni zamanda Müşfiq İsayevin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirin qızıl medalını qazanır. 2008-ci ildə ilk dəfə qatıldığı Avropa birinciliyinin qalibi olur. 46 kiloqram çəki dərəcəsində qazandığı nəticəni bir il sonra iki dərəcə yuxarıda - 54 kiloqramda təkrarlayır. 2010-cu ildə gənclərdə də əsas qitə yarışının qalibi olur, üstəlik, dünya birinciliyinin gümüş medalını qazanır. Həmin ilin sentyabrında Moskvada keçirilən böyüklərin dünya çempionatında 55 kiloqram çəki dərəcəsində Avropa çempionu Mahmud Maqomedovun çıxış edəcəyi planlaşdırılsa da, yarışa bir ay qalmış, məlum olur ki, dağıstanlı legionerin iştirakına qadağa qoyulub. Belədə, Saypulla Apsaidovun rəhbərlik etdiyi məşqçilər korpusu gənc ulduzu Rusiya paytaxtına aparmaq qərarına gəlir. 18 yaşlı Əsgərov, ilk cəhdindəcə dünya güləş ictimaiyyətini mat qoyur. Böyüklər arasında uzun illərə söykənən yarış təcrübəsinə malik Monqolustan, Belarus, Yaponiyadan olan rəqiblərinə heç bir seçim yeri qoymayan Toğrul, ev sahibi Viktor Lebedevlə həlledici görüşdə həyəcanını üstələyə bilmir.
Sadalanan nəticələri qazanarkən, cəmi 4 illik güləş təcrübəsi vardı. Buna sadəcə, bir ad vermək olar: Fantastika!
2011-ci ildə Əsgərov, dünya birinciliyində bütün rəqiblərindən bir baş üstün olmaqla, çempionluğu bayram edir. Yay Olimpiya Oyunlarına lisenziya xarakterli böyüklərin dünya çempionatında isə onun çəkisində Zəlimxan Hüseynov çıxış edərək, sonda əliboş qalır. Təcrübəli, titullu güləşçinin ümidləri doğrultmaması Toğrulun şanslarını birə beş artırır. 2012-ci ilin martında Serbiyada keçirilən böyüklərin Avropa çempionatında, bir ay sonra isə Bolqarıstanda təşkil olunan olimpiya təsnifat turnirində hamıdan güclü olur.
Budur, 19 yaşlı pəhləvan olimpiya zirvəsinin bir addımlığındadır!
"Əmma"
İzaholunmaz hisslər
Qara zolaq
Dönüş
Bununla belə, o, həmin il Avropanın ən yaxşı atleti seçilir.
Rio...
Bu, özlüyündə parlaq nailiyyət idi. Ardıcıl iki olimpiadada finalda güləşmək qəhrəmanımızın əsl idmançı xarakterindən xəbər verir. Bunu 23 yaşa sığdırmaq isə dünyada nadir rast gəlinən hadisədir.
Eyni ssenari
Yaxın planda
"Kumirin kimdir" sualına gənc güləşçilərin əksəriyyəti kimi, "Namiq Abdullayev” cavabını verir. Lakin hamıdan fərqli olaraq, karyera baxımından yalnız o, Abdullayevlə müqayisə edilə bilər.
Portret
Məşhur idmançıların çoxundan fərqli olaraq, sadə həyat tərzinə
meyllidir. Dəbdəbə ilə heç arası yoxdur. Özü haqqında danışmağı sevməyən
Əsgərov, gündəmə idman uğurları ilə gəlmək istəyir. Hobbisi at sürmək, atlara
baxmaqdır. Dediyinə görə, bu məşğuliyyət ona hüzur verir. Təbiətcə sakit
olmağının bir səbəbi də budur. At igidlik rəmzi olmaqla yanaşı, həm də
muraddır. Toğrulun bir muradı var: İkiqat olimpiya çempionu olmaq. Azərbaycan
güləşinin canlı əfsanəsinin potensialı bu arzunu reallaşdırmağa imkan verir.